Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

13.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 oktyabr, AZƏRTAC

Bu ilin birinci yarısı ərzində təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 23 faiz (14 milyon manat) artaraq 74 milyon manat olub.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə Sabitliyi hesabatı"na istinadla xəbər verir ki, ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 8,6 faiz təşkil edib. Ötürülən təkrarsığorta haqlarının 4,9 faizi (3,6 milyon manat) həyat sığorta sinifləri, 95,1 faizi isə (70,7 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşür.

Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0,7 faizi, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 20 faizi təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью