Təkzib edildi: Uitkoff və Kuşner...

09.09.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağ Ev “Financial Times”ın ABŞ-nin Rusiya və Ukrayna ilə danışıqlar aparan nümayəndə heyətində mümkün dəyişikliklər barədə məlumatının həqiqətə uyğun olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “X” sosial şəbəkəsində yazıb.

“Anonim, aşağı səviyyəli və nədən danışdıqları barədə heç bir təsəvvürü olmayan mənbələrə istinad edilən bu məlumat tamamilə həqiqətə uyğun deyil. Belə müzakirələr aparılmır. Xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşner sülh sazişi üzərində intensiv işləməyə davam edirlər və ABŞ adından danışıqların aparılmasında Prezidentin tam etimadına malikdirlər”, – Kelli bildirib.

O, həmçinin “Financial Times”ın Ağ Evin nəşrdəki məlumatları şərh etməkdən imtina etməsi barədə iddiasını təkzib edib. Kellinin sözlərinə görə, məqalə qəzetin sorğusu Ağ Evin mətbuat xidmətinə daxil olmamışdan əvvəl dərc edilib.

Kelli “Financial Times”ı düzgün məlumat verməkdə maraqlı olmamaqda da ittiham edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью