Təl Əviv aeroportunda xaos: 100 min sərnişin… Video

20.08.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Ben-Qurion hava limanı işçilərin tətili səbəbindən fəaliyyətini müvəqqəti dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Məlumata görə, hava limanında işçilərin iş prosesində yaranan çətinliklərə və həddindən artıq iş yükünə etiraz olaraq qeydiyyat prosesini və uçuşları dayandırmasından sonra hava limanının fəaliyyəti müvəqqəti olaraq iflic olub.

Fəaliyyətdəki fasilə yay səyahət mövsümünün ən sıx dövrünə təsadüf edib. Hava limanından gün ərzində təxminən 100 min sərnişin keçir.

İşçilər təyyarələrin, baqajların və sərnişinlərin idarə olunması ilə bağlı problemlərin olduğunu bildiriblər. Hava limanında təyyarələrin dayanması üçün mövcud yerlərin çatışmazlığı səbəbindən vəziyyət daha da ağırlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью