Təl Əviv bu səhər... Video

19.06.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İsrail və İran arasında gərginlik və qarşılıqlı raket zərbələri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, İsrail Müdafiə ordusu bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket atdığını açıqlayıb.

Hücum çərçivəsində paytaxt Təl-Əviv və Beer-Şeva şəhərlərinə zərbə endirilib.

Zərbələrdən sonra hər iki şəhərdə dağıntılar qeydə alınıb.

Sosial şəbəkələrin İsrail seqmentində paytaxtın raket zərbələrindən sonrakı halını əks etdirən görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью