Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin Təl-Əviv şəhərində onlarla çaqqalın sürü halında yaşayış məntəqələrinə daxil olması sakinlər arasında narahatlıq yaradıb. Heyvanların insanlara yaxınlaşması ölkədə quduzluq hallarının artması ilə bağlı təşvişə səbəb olub.
Bizim.Media xəbər verir ki, çaqqallar xüsusilə şəhərin şimalındakı Tsaxal və Neve-Şaret məhəllələrində görünür. Sakinlərin sözlərinə görə, heyvanlar insanlardan qaçmaq əvəzinə piyadaları izləməyə başlayıb.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə heyvanlar arasında qeydə alınan quduzluq halları 2022-2025-ci illərdə 252 faiz artaraq 29-dan 102-yə yüksəlib. 2026-cı il noyabrın 12-dək isə 116 heyvanda bu xəstəlik aşkarlanıb.
Bələdiyyə heyvanların peyvəndlənməsi və sterilizasiyası tədbirlərinə başlayıb. Sakinlərə zibil qablarını bağlı saxlamaq və qida qalıqlarını küçələrdə qoymamaq tövsiyə edilib.
Bizim.Media