Təl Əviv Teatrının Bakı təqdimatı

04.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Təl-Əvivdə fəaliyyət göstərən “Qeşer” teatrının rejissor Dmitri Krımovun quruluşunda hazırladığı “Qanlı Meri” tamaşası Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində böyük uğurla nümayiş olunub.

Dmitri Krımovun “Qanlı Meri” tamaşası Şillerin dram əsərinin səhnələşdirilmiş variantı və ya illüstrasiyası deyil. Bu, qanlı tarixi hadisələrin xronikasından, həmin hadisələrlə bağlı şüurlu və şüuraltı xatirələrdən, eləcə də günümüzün reallıqlarından yaradılmış tamamilə yeni teatr dünyasıdır. Mariya Stüartın hekayəsi müasirlik haqqında dərin söhbət üçün başlanğıc nöqtəsinə çevrilir.

Tamaşanın süjetinə görə, təcili tibbi yardım şöbəsində müxtəlif dünyalardan və dövrlərdən olan insanlar, o cümlədən Mariya Stüart rolunu ifa etməyə hazırlaşan iki aktrisa qarşılaşır.

Tamaşanın uydurma personajları sirk obrazlarını xatırladır, lakin tədricən, sanki, canlı varlıqlara çevrilirlər.

Tamaşada aktyorlar – İsrael (Saşa) Demidov, Yevgeniya Dodina, Polina Paxomova, Nikita Qoldman, Nikita Oleynikov, Rut Senderoviç, İtay Tarxanov və Boris Repetur çıxış ediblər.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью