Tel Əvivdə silahlı hücum: Yaralananlar var

22.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Təl-Əvivdəki baş verən silahlı hücu nəticəsində 4 nəfər yaralanıb, polis hücumu terror aktı kimi qiymətləndirib.

Lent.az xəbər verir ki, bu barədə “Times of Israel” tibb xidmətlərinə və hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Zərərçəkənlər arasında 24 və 28 yaşlı iki kişinin vəziyyəti orta-ağır, 24 və 59 yaşlı iki kişinin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

Bildirilib ki, cinayətkar yerindəcə öldürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью