Təl Əvivdən Suriyanın Türkiyəyönlü addımlarına etiraz

19.08.2026

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Suriya Türkiyə qoşunlarının Hələb yaxınlığındakı hava bazasında yerləşməsinə icazə verməklə təhlükəsizlik status-kvosunu pozur”

Suriya Türkiyə qoşunlarının Hələb yaxınlığındakı hava bazasında yerləşməsinə icazə verməklə İsraillə təhlükəsizlik status-kvonu pozmaq ərəfəsindədir. AYNA.AZ-ın məlumatına görə, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin “X” platformasındakı açıqlamasında qeyd edilib.

"İsrail və Suriya təhlükəsizlik status-kvosu ilə bağlı razılığa gəliblər. Suriya Türkiyə qoşunlarının Hələb yaxınlığındakı hava bazasında yerləşməsinə icazə verməklə onu pozmağa yaxındır", - deyə qeyd olunub.

Həmçinin bildirilib ki, "İsrail dəfələrlə Suriyaya belə bir yerləşdirmənin İsrailin təhlükəsizliyini təhdid edəcəyi barədə xəbərdarlıq edib".

"Suriya bu xəbərdarlıqları qulaqardına vurmağı seçib. İsrail təhlükəsizliyinə qarşı təhdidlərə dözməyəcək və status-kvoya qayıtmağı alqışlayacaq", Netanyahunun ofisinin açıqlamasına əlavə olunub.

Qeyd edək ki, 18 avqust səhəri Suriyanın cənub-şərqindəki İdlib əyalətindəki Əbu əl-Zuhur hərbi aerodromuna dörd hava hücumu edilib və maddi ziyan dəyib. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi hava bazasına edilən hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirib. Suriya İsrailin hava hücumlarını pisləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью