Təl Əvivin regionda çəkindiyi yeganə güc Türkiyədir

17.07.2025

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Suriyada Türkiyə orbitində hakimiyyətin formalaşması İsrailin regional maraqlarına uyğun olmadığı üçün Təl-Əvivin bu yatmış hüceyrələri aktivləşdirəcəyi gözlənilən idi. Durzların aktivləşməsi də məhz bu kontekstdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, İsrailin Suriyada həyata keçirdiyi hərbi kampaniya Türkiyə ilə qarşıdurma risklərini də özü ilə bərabərində gətirir:
"Lakin, mövcud zərbələrin Ankaranı münaqişəyə çəkmək məqsədi daşıdığını iddia etmək tam olaraq doğru deyil. Çünki, Təl-Əvivin regionda çəkindiyi yeganə güc məhz Türkiyədir və Həmas, Hizbullah, İranın ardından İsrailin Türkiyə ilə də açıq qarşıdurmaya girmək istəyəcəyi real görünmür".
Pərviz Mirizadə qeyd edib ki, rəsmi Ankara da öz növbəsində proseslərə soyuqqanlılıqla yanaşır və ABŞ-la məsləhətləşmələri davam etdirir:
"Ancaq İsrailin Türkiyənin maraqlarına birbaşa toxunacağı təqdirdə Ankaranın sərt reaksiya verəcəyi istisna deyil".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью