“Tələ” tamaşasına daxili baxış keçirildi

12.02.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Şuşa Dövlət Musiqili Dram Teatrında Rober Tomanın “Tələ” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.

Tamaşada rolları Rasəf Mehdiyev, Vüsal Məmmədov, Aybəniz Cahangirova, Sevinc Ağayeva, Türkay Cəfərli, Nihat Heybətov, Orxan Abışov, Sahib İbrahimov, Gülarə Məmmədova, Rəhimə Məmmədova, Səyyar Rüstəm, Gündüz Qasımov canlandırıblar.

Rober Tomanın dedektiv janrda yazdığı "Tələ" əsəri arvadını öldürmüş Danielin komissar tərəfindən oyuna gətirilərək qatil olduğunu necə etiraf etdiyindən bəhs edir.

Yıldız Tilbenin vəkilindən Vəfa Şərifovaya CAVAB Canımın içi, ağlama, qadınım... - Günün mahnısı "Səni xoşbəxt edən hər şey yaxşıdır..." - Oşo filosof idi ya fırıldaqçı fitnəkar?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью