Tələbə ikinci dəfə kredit üçün müraciət edə bilərmi? RƏSMİ AÇIQLAMA

20.12.2024

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər bir tələbə Təhsil Tələbə Krediti Fondundan bir dəfə istifadə edə bilər.

Sfera.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair brifinqində Fondun sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bildirib.

O qeyd edib ki, tələbə bakalavr təhsili pilləsində kredit fondundan istifadə edibsə, ikinci ali təhsil üçün kreditə müraciət edə bilməz.

“Təkrar müraciətlər qeydə alınmır”, - qurum rəsmisi bildirib.

Ülkər Abdurahmanlı

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью