Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu ixtisaslarda keçid balları artacaq

11.04.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Bu il 1-ci qrup üzrə ən yüksək bal artımı İnformasiya təhlükəsizliyi və Kompüter mühəndisliyi ixtisaslarında olacaq. 1-ci ixtisas qrupunda yeni açılacaq Data analitkası və Proqram təminatı mühəndisliyi ixtisaslarının da keçid balının 500-dən yuxarı olacağı proqnozlaşdırılır”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.
Ekspert bildirib ki, 1-ci qrupda qida texnologiyası, kənd təsərrüfatı ixtisaslarında da müəyyən bal artımı olacaq:
Digər bal artımının olacağı qrup 5 ci qrupdur. Bu qrupda həm qabiliyyət imtahanlarının balları,  həm də keçid ballarında artım olacaq. 
Digər qruplarda keçən ilə nisbətən ixtisasların ballarında  kəskin fərqlənmələr gözlənilmir.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью