Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq. Tələbə qız yaşadığı yataqxananın 6-cı mərtəbəsindən özünü ataraq intihar etdi Gümüşhan
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Gümüşhanenin Atatürk küçəsində yerləşən universitet yataqxanasında baş verib.
Eda Özge Akın (22) adlı qız yaşadığı yataqxananın 6-cı mərtəbəsindəki pəncərəyə çıxıb.
Vəziyyəti anlayan yataqxana işçiləri tələbə qızı fikrindən daşındırmağa çalışıblar. Lakin gənc qız özünü pəncərədən atıb.
Məlumat üzərinə hadisə yerinə təcili tibbi yardım polis qrupları sövq edilib.
İlk müayinə zamanı həkimlər Eda Özge Akının öldüyünü müəyyən ediblər. Onun meyiti tibbi ekspertizaya aparılıb.
Polisin hadisə yerində apardığı araşdırmalar zamanı dostları gənc qızın bir müddətdir depressiyada olduğunu bildirib.
Faktla bağlı istintaq başladılıb. Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını iz