Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03.08.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.

Belə ki, “KamAZ” markalı yük maşınına çırpılan “BYD” markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.

Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью