“Tələbə və məzunlar yazır” UNECdə yeni rubrika

20.11.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni təşəbbüsə imza ataraq, tələbə və məzunları üçün unec.edu.az saytının xəbər bölməsində (UNECNews) xüsusi rubrika açıb.

Bu barədə "Unikal"a universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni rubrika tələbə və məzunlara müxtəlif sahələrdəki təcrübələrini, ekspert rəylərini, təhlillərini, maraqlı və aktual mövzularla bağlı yazılarını geniş auditoriya ilə paylaşmaq imkanı yaradır.

Tələbə və məzunlar yazılarını [email protected] e-ünvanına göndərə bilərlər. Təqdim edilən yazılar aktuallığına və məzmununa görə dəyərləndirilərək, oxucuların diqqətinə çatdırılacaq. Aktual və maraqlı mövzularda yazılarını, məşğul olduqları sahə ilə bağlı ekspert rəylərini, geniş auditoriyaya çatdırmaq istəyən tələbə və məzunları bu fürsəti dəyərləndirməyə dəvət edirik.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью