Tələbə və şagirdlərin istehsalat təcrübəsi ilə bağlı YENİLİK

27.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Milli Məclis Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələrinin genişləndirilməsi və istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin icbari sığortalanması ilə bağlı qanun dəyişikliklərini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, eləcə də könüllü fəaliyyət iştirakçıları istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanacaqlar.

Bundan əlavə, müvafiq icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələrinə daxil ediləcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью