Tələbələr bu tarixlərdə distant oxuyacaq

23.04.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.

Əmr Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью