Tələbələr Müasir Uşaq ədəbiyyatının problemlərini müzakirə ediblər

09.10.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında çağdaş uşaq ədəbiyyatı nümayəndələri ilə BDU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakultəsinin 4-cü kurs Sabah kursunun  tələbələri arasında görüş keçirilib, müasir uşaq ədəbiyyatı ətrafında müzakirə təşkil olunub. 

Sherg.az xəbər verir ki, tədbirdə yazıçılarla gənclər bir-birinə ədəbiyyata, müasir uşaq ədəbiyyatının problemlərinə dair suallar ünvanlayıb, qarşılıqlı cavablar axtarıblar. 

Belə görüşlərin uşaq ədəbiyyatının inkişafında  vacibliyini vurğulayan kitabxananın direktoru Şəhla Qəmbərova  bu cür diskussiyaların həm də gənclərin dünyagörüşündə əhəmiyyətli rola malik olduğunu bildirib.

Görüşün təşkilatçılarından filologiya üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi, dosent  Aygün Bağırlı uşaqlar üçün yazılmış əsərlərin tərbiyəvi və mənəvi dəyərlər aşılamasının vacibliyini vurğulayaraq bildirib ki, uşaqlar üçün əsərlər çap olunanda xüsusi nəzarətdən keçməlidir. 

“Ədəbiyyatın insan həyatında rolu və əhəmiyyəti nədir?”, “Müasir gənclərdə mütaliəyə necə həvəs oyatmalı?”, “Uşaqlara kitabı necə sevdirməli” kimi suallara cavab axtaran tədbir iştirakçıları bir-birindən maraqlı fikirlər səsləndiriblər. Gənclərin bu suallar ətrafındakı cavablarını  tanınmış uşaq yazarları həvəslə dinləyiblər. 

Müzakirədə müasir uşaq ədəbiyyatının ən qocaman nümayəndəsi Zahid Xəlil,  tanınmış pedaqoq -şair İbrahim Yusifoğlu,  yazıçılar Mehriban Nağıyeva, Sevinc Elsevər, Nurlana İşıq,  Gülzar İbrahimova,filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva  maraqlı çıxışlar edərək, ədəbiyyatın  insanın müasir  həyatında rolu, onun xəyal gücünün formalaşmasında, hətta elmi yeniliklərin, texnologiyaların inkişafına təsiri  barədə danışıblar. 

Müzakirə zamanı, həmçinin Respublika Uşaq Kitabxanasının bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən kitabların süni intellekt texnologiyalarına əsaslanan videoicmalları barədə məlumat təqdim olunub. 

Tədbirin sonunda müəlliflərlə tələbələr şəkillər çəkdiriblər. Yazıçılar öz kitablarından  nüsxələri  gənc oxuculara hədiyyə ediblər.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью