Tələbələr Siyavuş Kərimini gözyaşları ilə yola saldı Video

28.11.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Konservatoriyasının tələbələri sabiq rektor Siyavuş Kəriminin gedişinə kövrəlib.

Kult.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, tələbələr Siyavuş Kərimini alqış və gözyaşları ilə yola salıb. Həmçinin sabiq rektor da gözyaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib, onun yerinə Kamilə Hüseyn qızı Dadaşzadə təyin edilib.

9 noyabrda 70 yaşı tamam olan S.Kərimi 2000-ci ildən Konservatoriyanın rektoru idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью