Tələbələr təhsil üçün hansı ölkələri seçib? 305 nəfərlə bu ölkə liderdir

14.08.2026

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaricdə ali təhsil almaq hüququ qazanan azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkə Böyük Britaniya olub.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Rəsmi məlumata görə, ümumilikdə 305 tələbə təhsil almaq üçün məhz Böyük Britaniyanı seçib.

İkinci yerdə Amerika Birləşmiş Ştatları (ABŞ) qərarlaşıb. ABŞ-də təhsil alacaq tələbələrin sayı 90 nəfər təşkil edib.

İlk beşlikdə Avstriya (23 nəfər), Türkiyə (19 nəfər) və Çin (17 nəfər) də yer alıb.

Ən az seçilən ölkələr isə Niderland və Finlandiya olub. Hər iki ölkədə təhsil almaq üçün cəmi 1 tələbə qəbul olunub. 

Digər ölkələr üzrə göstəricilər isə belədir:

Sinqapur – 13 nəfər

İrlandiya – 9 nəfər

İtaliya – 9 nəfər

İsveçrə – 4 nəfər

Almaniya – 4 nəfər

Cənubi Koreya – 3 nəfər

İspaniya – 2 nəfər

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью