Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “TələbəPlus” kartı part
“Cebheinfo.az” xəbər verir ki, bu çərçivədə tələbələrə xüsusi endirimlər təqdim edən növbəti tərəfdaş “Dünyagöz” Bakı Xəstəxanas olub.Bununl
Müqaviləyə əsasən, “TələbəPlus” kartı istifadəçiləri lazer müayinəsi və analizlərdə 50 %, lazer əməliyyatlarında isə 20 % endirim əldə edəcə
Bundan əlavə, tələbələrin birinci dərəcəli qohumları üçün də güzəştlər nəzərdə tutulub.
Belə ki, müayinə və analizlərdə 30 %, əməliyyatlarda isə 20% endirim tətbiq olunacaq.
İmzalanma mərasimində çıxış edən Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, “TələbəPlus” kartının məqsədi tələbələrin gündəlik ehtiyaclarına dəstək olmaq, onların daha sərfəli və əlçatan xidmətlərdən yararlanmasına şərait yaratmaqdır.
O, “Dünyagöz” Bakı Xəstəxanası ilə əməkdaşlığın tələbələrin sağlamlıq imkanlarını genişləndirdiyini xüsusi vurğulayıb.“Dünyagöz” Bakı Xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu isə qeyd edib ki, tələbələrin sağlamlığına dəstək vermək və onların tibbi xidmətlərdən daha əlverişli şərtlərlə yararlanmasına imkan yaratmaq xəstəxana üçün önəmli sosial məsuliyyət addımıdır.Sonda fondun nümayəndələri üçün xəstəxananın fəaliyyəti ilə bağlı infotur təşkil olunub.
Qeyd edək ki, eyni anda bir neçə funksiyanı yerinə yetirən “TələbəPlus” kartı artıq 24 ali təhsil müəssisəsində təhsil alan 190 mindən çox tələbəyə təqdim edilib.Kart universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir.