Tələbələr yataqxana yeməyindən ZƏHƏRLƏNDİLƏR

13.02.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Şanlıurfada qızlar üçün olan Quran kursunda oxuyan 33 tələbə axşam yeməyində toyuq yedikdən bir müddət sonra başgicəllənmə və ürək bulanması hiss etməyə başlayıblar. Daha sonra tələbələr kurs rəhbərlərinə məlumat veriblər. İnzibatçıların xəbəri ilə hadisə yerinə çoxlu təcili yardım maşınları göndərilib.

News24.az xəbər verir ki, ilkin tibbi yardım alan tələbələr təcili tibbi yardım maşını ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Müalicə olunan tələbələrin vəziyyətinin yaxşı olduğu öyrənilib.

Hadisədən sonra yataqxananın bufetində olan yeməklərdən nümunələr götürülərək analiz üçün laboratoriyaya göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью