Tələbələrə 6 aylıq vaxt verildi Bu halda ləğv ediləcək!

13.11.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali təhsil müəssisəsindən xaric edilən şəxslər 6 ay ərzində universitetə bərpa olunmadıqda hərbi xidmətə çağırışla bağlı möhlət hüququnu itirirlər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Mövzu ilə bağlı kapitan Əsgərli Zəfər ətraflı məlumat verib. 

Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər altı ay müddətində təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər. Məişət texnikası

Bu halda həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью