Tələbələrə metro və avtobuslarda güzəşt olunacaq

04.03.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

160 minə yaxın tələbə artıq "TələbəPlus" kartından istifadə edir. Gələcəkdə bu kart vasitə ilə tələbələrə nəqliyyatda 10 faiz endirib nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə ""TəhsilPlus kartı": təhsil işçiləri üçün yeni imkanlar" mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, müəllimlər üçün nəzərdə tutulmuş "TəhsilPlus" kartı ilə isə müəllimlər üçün ictmai nəqliyyatda gediş 10 faiz güzəştli olacaq.

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью