Tələbələrin 50 yataqxanası var, cəmi 15 i istifadə edilir Səbəb

30.08.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nazirliyin tabeliyindəki ali təhsil müəssisələrinin ümumilikdə 50-dən çox yataqxana binası mövcuddur. Onlardan yalnız 15-i (3859 nəfərlik) təmirlidir və tələbələrin istifadəsindədir.

Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

“Hazırda 11 bina təmirsiz vəziyyətdədir. Digər yataqxana binalarında isə məcburi köçkünlər yerləşdiyindən, həmin binalardan tələbələrin istifadəsi mümkün deyil. Bu yataqxanaların “Böyük Qayıdış” proqramı çərçivəsində mərhələli şəkildə təhsil sisteminə qaytarılması nəzərdə tutulur”, - məlumatda vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью