Tələbələrin DİQQƏTİNƏ Təqaüdlərin artırılması ilə bağlı MÜHÜM AÇIQLAMA | Icma.az
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir. Xəbər verildiyi kimi 2025-ci ildə bəzi artımlar oldu.
Buna nümunə olaraq minimum əməkhaqqının 345 manatdan 400 manata, minimum pensiyanın 280 manatdan 320 manata çatdırılmasını göstərmək olar.Amma tələbə təqaüdlərində artım müşahidə olunmayıb.
Bununla bağlı bəzi müzakirələr aparılsa da, hələki tələbə təqaüdlərinin məbləğində hər hansı dəyişiklik yoxdur.
Maraqlıdır, tələbə təqaüdlərinin artması gündəmdədirmi?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirlinin fikrinə görə bu il tələbə təqaüdləri artmayacaq.“Bundan sonra tələbələrin təqaüdlərinin artacağını gözləmirəm.
Hesab edirəm ki, bu artım olsaydı, ilin əvvəlində, yanvar ayında olardı. Bundan sonra ehtimal azdır.
Bu istiqamətdə tendensiyaya inkişafa uyğun addım atılmır”.İqtisadçı hesab edir ki, tələbələrin təqaüdü ya inflyasiyaya uyğun artırılmalıdır, ya da aylıq əməkhaqqına uyğun olaraq indeksasiya edilməlidir:“Çünki təqaüd Azərbaycanın gələcəyi olan tələbələrin xərclərini qarşılamaq məqsədilə nəzərdə tutulub.
Buna görə də onların hər il əməkhaqqının real dəyəri nominal qaydada kompensasiya edilməlidir.
Ancaq təəsüf ki, hər il bu müşahidə olunmur, yəqin ki, bu il də olmayacaq. Bu il inflyasiyanın çox aşağı olduğu elan olunur.
Tam oxu
Xəbəri oxu