Tələbələrin iqlim dəyişikliyi və səhiyyə mövzularını öyrənməsi... EKSPERT | Icma.az
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
kamran Əsədov: İqlim dəyişikliyi və səhiyyə mövzularının tədrisi tibb təhsilində vacib komponentlərdən birinə çevrilib“Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin də dediyi kimi, iqlim böhranı həm də sağlamlıq böhranıdır.
Ona görə də hesab edirəm ki, tərəflərin yekun sənəd üzrə razılaşma əldə etməsi mühüm hadisə olacaq".APA xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 Prezidentliyinin mətbuat konfransında deyib.O əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizəyə həm də tibb ixtisasları üzrə tədris proqramlarında dəyişikliklər edilməsi hesabına nail olmaq olar:"Bu sahədə yeni texnologiyaların tətbiqi də zəruri şərtlərdəndir.
Onu da bildirmək istəyirəm ki, bu ildən etibarən Azərbaycan Tibb Universitetinin II kursundan başlayaraq, tələbələrə iqlim dəyişikliyi və səhiyyə tədris olunacaq.
Bütün bu addımlar bizə iqlim dəyişikliyinin qarşısını almağa yönələn təşəbbüslərə dəstək verilməsi imkanı qazandıracaq".Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Tibb Universitetində iqlim dəyişikliyi və səhiyyə mövzularının tədris olunması təşəbbüsü, həm qlobal çağırışlara cavab vermək, həm də yerli səhiyyə sisteminin gücləndirilməsi üçün mühüm bir addımdır:“Bu qərar, səhiyyə təhsili ilə bağlı müasir yanaşmaların tətbiqinə, iqlim dəyişikliyinin təsirlərini anlamağa və gələcəkdə yaranacaq ekoloji və ictimai sağlamlıq problemlərinə daha hazırlıqlı yanaşmağa imkan verəcək.
İqlim dəyişikliyi artıq yalnız ekoloji bir problem deyil, onun təsiri sosial, iqtisadi və xüsusən də sağlamlıq sahələrində geniş şəkildə hiss olunur.
İqlim dəyişikliyinin səhiyyəyə təsiri çoxşaxəlidir. Temperaturun artması, havanın keyfiyyətinin pisləşməsi, su mənbələrinin azalması və ekst
Məsələn, istilik dalğaları ürək-damar və tənəffüs sistemi xəstəliklərini artırır.
Tam oxu
Xəbəri oxu