Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu BAŞLADI

13.07.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb.
Bizim.Media xəbər verir ki, sənədlər elektron qaydada qəbul ediləcək.
 

Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldıqları müddətdə təhsil proqramı üzrə həmin dövr üçün nəzərdə tutulan kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.


Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью