Tələbələrini başına yığıb maraqlı obrazlar yaratdı Video

31.10.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Aktrisa Zarina Qurbanova bu dəfə tələbələri ilə birlikdə kamera qarşısına keçərək maraqlı layihəyə imza atıb.

Axşam.az xəbər verir ki, sənətçi Halloween mövzusunda hazırladığı 4 dəqiqəlik video layihədə tələbələri ilə müxtəlif obrazları canlandırıb. Zarina sosial şəbəkədə paylaşdığı görüntülərə layihənin hazırlanma prosesi barədə fikirlərini də əlavə edib:

“Bu video mənim üçün sadəcə Halloween mövzusunda çəkilmiş 4 dəqiqəlik bir layihə deyil. Bu, səkkiz aylıq yolumuzun, əməyimizin və inkişafımızın daha bir gözəl mərhələsidir. Bu dəfə tələbələrim ilk dəfə öz obrazlarını özləri səsləndirdilər. Daha sonra isə duyğuları, xarakterləri və öz oyunları ilə canlandırdılar. Mənim üçün bu, çox böyük bir addımdır.

Bu prosesdə yalnız obraz yaratmadıq, həm də onların daxili dünyasına səyahət etdik. Hətta mənfi qəhrəmanlara belə haqq qazandırmağa çalışdıq. Çünki öyrəndik ki, heç kim səbəbsiz yerə pis olmur. Bəzən bir davranışın arxasında görünməyən bir ağrı, qarşılanmamış bir ehtiyac, yarımçıq qalmış bir sevgi və ya anlaşılmamaq dayanır. Qısası, sadəcə bir video çəkmədik, kiçik bir kino dünyası yaratdıq”.

Aktrisa layihənin ərsəyə gəlməsində əməyi olan qrim, geyim, rəssam, operator və texniki heyətə təşəkkür edib:

“Mənim balaca aktyorlarım, sizinlə fəxr edirəm! Bu, hələ başlanğıcdır. Sizdən isə əziz izləyicilərim, kolleqalarım, şərhlərinizlə balalarıma dəstək verməyinizi rica edirəm”.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью