Tələbələrlə təcrübə müddətində əmək müqaviləsi bağlanacaq

03.12.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tələbələrlə praktika müddətində əmək müqaviləsi bağlanacaq.
Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən əmək müqaviləsinin bağlanma halları genişlənir.
Belə ki, təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda da əmək müqaviləsi bağlanacaq. 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью