TələbəPlus kartı: “ İşlər davam etdirilir”

10.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son dövrlər tələbələr üçün ictimai nəqliyyatda gediş haqqına güzəştlərin tətbiq olunması məsələsi geniş müzakirə olunan mövzulardan birinə çevrilib.

Tələbələrin nəqliyyat xərclərinin azaldılması məqsədilə güzəştli tariflərin tətbiqi ilə bağlı müxtəlif təkliflər səsləndirilir və bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən məsələnin mümkün həlli yolları araşdırılır.

Bir müddət əvvəl Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında gələcəkdə “TələbəPlus” kartı vasitəsilə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirim tətbiqinin nəzərdə tutulduğunu bildirib. 

Onun sözlərinə görə, artıq 160 minə yaxın tələbə “TələbəPlus” kartından istifadə edir. Hazırda əsas sual isə sözügedən endirimin nə vaxt qüvvəyə minəcəyi və tələbələrin bu imkandan hansı şərtlərlə yararlana biləcəyidir.

Tələbələr üçün ictimai nəqliyyatda gediş haqqı güzəştlərinin tətbiqi ilə bağlı hazırda hansı işlər görülür?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a Təhsilin İnkişafı Fondundan bildirib ki, qrum tərəfindən tələbələrin sosial rifahına və tələbəlik həyatının daha əlçatan olmasına dəstək məqsədilə “TələbəPlus” layihəsi çərçivəsində tərəfdaş şəbəkəsinin davamlı olaraq genişləndirilməsi istiqamətində işlər aparılır:

"Bu çərçivədə tələbələr üçün müxtəlif sahələrdə yeni güzəşt və üstünlüklərin əlçatanlığının artırılması prioritet istiqamətlərdəndir. 

Eyni zamanda ictimai nəqliyyatdan istifadə ilə bağlı tələbələr üçün mümkün güzəştlərin tətbiqi istiqamətində də aidiyyəti qurumlarla müzakirələr və işlər davam etdirilir. Proses üzrə konkret nəticələr formalaşdıqca ictimaiyyətə əlavə məlumat veriləcək".

Gülər Həsənli 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью