Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Məhkəmə Hakimiyyətinin rəhbəri danışıqlarla bağlı ölkənin mövqeyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Qulamhüseyn Möhsəni Ejei bildirib ki, Tehran ABŞ ilə aparılan danışıqlarda öz tələblərindən geri çəkilməyib.
Onun sözlərinə görə, “düşmən danışıqlar aparmaq üçün irəli çıxıb və İslam Respublikası öz tələblərindən bir addım belə geri çəkilməyib”.
Ejei vurğulayıb ki, İran danışıqlara yalnız “prinsiplər və məntiq əsasında” yanaşır və ölkənin hüquqlarının qorunması əsas prioritet olaraq qalır.
O əlavə edib ki, Tehran hər hansı razılaşmanı yalnız milli maraqlara uyğun olduğu halda qəbul edə bilər.
Aminə ŞAHSUVARQIZI