Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qadın telefon fırıldaqçılarının təsiri altına düşərək polis avtomobilini yandırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Tula bölgəsi üzrə regional idarəsinin Telegram kanalında məlumat verilib.
Bildirilir ki, mayın 23-də saat 13:45-də Rusiya Daxili İşlər Nazirliyinin Tula şəhəri üzrə əməkdaşları tərəfindən “Qazel” markalı xidməti avtomobili yanar maye ilə yandırmağa cəhd edən 1992-ci il təvəllüdlü qadın saxlanılıb.

Polislər özləri yanğını söndürə biliblər.
İlkin məlumatlara görə, yanğın törədən şəxs telefon fırıldaqçılarının təsiri altına düşdüyü üçün bu addımı atıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Namiq Musayev