Telefon həvəskarlarına bəd xəbər: Bu modelin istehsalı dayandı

23.07.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Apple” şirkəti “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” smartfonlarının qiymətlərini əvvəlki nəsil modelləri ilə müqayisədə artıra bilər və bu məlumat artıq təsdiqlənib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Çinin “Weiboda” sosial şəbəkəsində paylaşım edən “Fixed Focus Digital” adlı insayder məlumat yayıb.

Məlumata görə, şirkət artıq komponent sifarişlərinin əksəriyyətini daha sərfəli “iPhone 18 Pro” və  “iPhone 18 Pro Max” modellərinə yönəldib.

Bildirilib ki, “Apple” bu il əsasən “iPhone 18” modelinin buraxılışından imtina edə və daha bahalı cihazlara diqqət yetirə bilər. Halbuki əvvəllər “iPhone 18” və “iPhone 18 Pro”nun istehsalına artıq başlandığı bildirilirdi. 

İnsayderin məlumatına görə, qiymət artımının mümkün səbəblərindən biri ehtiyat hissələrinin bahalaşmasıdır.

Xüsusilə, “TSMC” çip istehsalının qiyməti təxminən 10 faiz, yaddaş modullarının qiyməti isə bir neçə dəfə artıb.

Bu şərtlər daxilində “iPhone 18 Pro”nun başlanğıc qiyməti təxminən 1000 yuan (təxminən 150 ABŞ dolları) arta bilər.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью