Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyada hər saniyə milyonlarla telefon siqnalı havada dolaşarkən, bəzi şəxslər bu məlumatlardan yalnız texniki məqsədlər üçün deyil, həm də qlobal nəzarət vasitəsi kimi istifadə edib.
Sadə insanlardan jurnalistlərə, iş adamlarından siyasətçilərə qədər minlərlə nəfərin izlənildiyi müəyyənləşib.
Üstəlik, bunun üçün nə casus proqram, nə də mürəkkəb fırıldaqlara ehtiyac olub - sadəcə bir telefon nömrəsi kifayət edib.
Hətta "WhatsApp" kimi şifrələnmiş tətbiqlərin də sındırıldığı iddia olunur. Bəs bu necə mümkün olub və sistem necə işləyir?
Qaynarinfo xəbər verir ki, müstəqil jurnalistlərdən ibarət "Lighthouse Reports" qrupunun bir illik araşdırması nəticəsində, avstriyalı Jozef Fuks tərəfindən qurulan "PT First Wap International” telekommunikasiya şirkətinin 1970-ci illərdə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən hazırlanmış "SS7 siqnallaşma sistemi” vasitəsilə sadəcə telefon nömrələrindən istifadə edərək çox sayda insanı izlədiyi aşkar edilib.
Minlərlə nömrə, yüz minlərlə məkan məlumatı "Lighthouse” komandasına daxil olan müstəqil jurnalistlər 2024-cü ildə dünyanın demək olar bütün ölkələrindən minlərlə telefon nömrəsini və yüz minlərlə məkan məlumatını əhatə edən arxivə çıxış əldə edib.
1,5 milyon sətri olan məlumat bazasını təhlil edən araşdırmaçılar, illərlə izlənilən minlərlə nömrə aşkar ediblər.