Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Akdeniz Universitetinin Tibb Fakültəsinin Dermatologiya və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi, professor Ayşe Akman ekran qarşısında uzun müddət qalmağın dərinin qocalmasını sürətləndirə biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, xüsusilə bəzi insanların həm ekran işığından, həm də günəş şüalarından qorunmalı olduğunu vurğulayıb.
Akman isti və soyuq hava, eləcə də günəş işığı daxil olmaqla bir çox amilin dəri sağlamlığına mənfi təsir göstərdiyini qeyd edib.
Professorun sözlərinə görə, kompüter, telefon və planşet kimi cihazların ekranlarından yayılan işıq da dəriyə birbaşa təsir edə bilər.
“Mavi işıq dərimizdə ləkələrin yaranmasına səbəb ola bilər. Həm görünən, həm də görünməyən işıq dəriyə zərər verə bilər. Bu təsir hər kəsdə eyni şəkildə özünü göstərməsə də, həssas dərisi olan insanlarda ləkələrin artmasına səbəb ola bilər. Buna görə də daha geniş spektrli qoruyucu filtrlər ehtiva edən məhsullardan istifadə etmək lazımdır”, – deyə, Akman xəbərdarlıq edib.
Akman vitiliqo (leykoderma) xəstəliyindən əziyyət çəkən insanların daha diqqətli olmalı olduğunu bildirərək, mavi işığın dəridə piqment itkisini də artıra biləcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az