Telefon və planşet uşaqların yuxusunu poza bilər pediatrdan xəbərdarlıq

14.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Uşaqların axşam saatlarında telefon, planşet və televizordan istifadə etməsi yuxuya getmələrini çətinləşdirə və yuxu rejiminin pozulmasına səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı Regina Nemətova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” proqramında danışıb.

Onun sözlərinə görə, uşaqlarda yuxu rejiminin pozulması ilk növbədə gündəlik əhval-ruhiyyəyə və davranışa təsir göstərir.

Pediatr bildirib ki, kifayət qədər yatmayan uşaqlar gün ərzində daha əsəbi, diqqətsiz və tez yorulan ola bilərlər. Yuxu uşağın beyin inkişafı, yaddaşı və öyrənmə qabiliyyəti üçün mühüm əhəmiyyət daşıyır.

R.Nemətova qeyd edib ki, uzun müddət davam edən yuxu çatışmazlığı immun sisteminə və uşağın ümumi fiziki inkişafına da mənfi təsir göstərə bilər.

O vurğulayıb ki, bəzi hallarda valideynlər uşağın həddindən artıq aktiv və narahat olmasını yorğunluqla əlaqələndirmirlər. Halbuki yuxu çatışmazlığı uşağın daha aktiv və narahat görünməsinə səbəb ola bilər.

Pediatrın sözlərinə görə, xüsusilə axşam saatlarında telefon, planşet və televizordan istifadə uşaqların yuxuya getməsini çətinləşdirə bilər.

R.Nemətova valideynlərə uşaqların yaşlarına uyğun müddətdə yatmalarına, həmçinin hər gün mümkün qədər eyni saatlarda yatıb oyanmalarına diqqət yetirməyi tövsiyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью