Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Telefonda yığılan minlərlə foto, fayl və sənədi təmizləmək və ya ayırmaq olduqca çətin və vaxt aparan prosesdir. Amma cəmi saniyələr ərzində telefon yaddaşını boşaltmaq mümkündür.
Ölkə.az telefon yaddaşını boşaltmağın yolunu təqdim edir:
Keş yaddaşını təmizləyin:
Tətbiqlər zamanla yığılan keş faylları ilə yaddaşı doldurur. "Android" və "iPhone" cihazlarda bu faylları asanlıqla silmək mümkündür. Keşin təmizlənməsi həm cihazın sürətini artırır, həm də yaddaşda yer açır.
Foto və videoları bulud xidmətlərinə köçürün:
Telefon yaddaşında ən çox yer tutan foto və videoları bulud saxlama xidmətlərinə (Google Photos, iCloud və s.) yedəkləyin. Yedəkləmədən sonra bu faylları telefonunuzdan silə bilərsiniz.
Köhnə tətbiqləri silin:
İstifadə etmədiyiniz və ya nadir hallarda istifadə etdiyiniz tətbiqləri silərək əhəmiyyətli dərəcədə yaddaş boşalda bilərsiniz. Bundan əlavə, bəzi tətbiqlər öz məlumatlarını da cihazda saxlayır və bu da əlavə yer tutur.
Böyük faylları yoxlayın:
Video və musiqi kimi iri həcmli faylları silmək telefon yaddaşında xeyli yer açır. Bu cür fayllar adətən cihazda ən çox yaddaş tutanlardır və silindikdə telefonun işləmə sürəti də artır.
Mesajları təmizləyin:
SMS və ani mesajlaşma tətbiqlərindəki köhnə yazışmaları silmək də effektiv üsullardandır. Xüsusilə foto və video olan mesajlaşmalar cihazda lazımsız yer tuta bilər.
Həmidə İbrahimova