Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransada bir nəfər telefonla danışarkən səsi dinamikə verdiyi üçün cərimələnib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Devid adlı şəxs qatar stansiyasında gözləyərkən dinamik açıq şəkildə bacısı ilə telefonla danışıb.
Bu zaman dövlət dəmir yolu şirkətində çalışan bir məmur səs-küydən narahat olub və Devidi 200 avro (təxminən 355 AZN) cərimələyib.
Məmur cərimənin səbəbini Devidin dinamikdən istifadə etməsi ilə əsaslandırıb.
Cərimə olunan fransalı etiraz etmək üçün vəkil tutduğunu bildirib.