Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir. İtaliyada yol hərəkəti qanunvericiliyi sərtləşdirilir.
Buna səbəb ölkədə hər il 3 mindən çox adamın yol qəzalarında ölməsidir.
Yol qəzalarında ölüm sayına görə İtaliya Avropa ölkələri arasında “lider”dir.
Avtosfer.az xəbər verir ki, Ciorcia Meloninin rəhbərlik etdiyi hökumət bu sahədə qayda-qanun yaratmaq istəyir.
Artıq Yol Hərəkəti Məcəlləsi (Codice della Strada) də yenilənib.
Yeni məcəlləyə görə sükan arxasında mobil telefondan istifadə şəraitdən asılı olaraq 250-100 avro arası cərimə ilə cəzalandırılır.
Paralel olaraq, sürücülük hüququ 7 gün müddətinə məhdudlaşdırılır.
Residivizm halında, yəni qayda pozuntusu dəfələrlə törədildikdə cərimə 1400 avroyadək arta bilər.