Telefonla danışarkən tok vurdu, öldü

06.10.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Çelyabinskdə ( Rusiya ) 16 yaşlı yeniyetmə telefonla danışarkən elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Milli.Az bildirir ki, bu barədə 74.RU xəbər yayıb, məlumatı hüquq-mühafizə orqanlarına istinad edib.

Məlumata görə hadisə Cənubi Ural küçəsində baş verib. Yeniyetmə telefonu şarj edərkən danışırmış və həmin vaxt onu elektrik cərəyanı vurub.

Hadisə ilə bağlı araşdırma başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən tibbi ekspertiza aparılacağı bildirilib.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью