Icma.az, Adelet.az saytına istinadən bildirir.
Heç kimə sirr deyil ki, bəzi sürücülər yol hərəkəti qaydalarını tez-tez ya bilərəkdən, ya da bilməyərəkdən pozular. Bu isə bir çox halda ölümlə və xəsarətalma ilə nəticələnir.
Bu barədə dəfələrlə yol polisi sürücülərə xəbərdarlıq edib və hətta onları maarifləndirib. Nəqliyyatın İntellektual İdarəedilməsi məkzənin yaydığı görüntülərdə belə hadisələri vaxtaşırı izləyirik.Başqa bir yol hərəkəti qaydalarının pozulması isə nəqliyyat vasitələrini idarə edərkən bəzi sürücülərin mobil telefonla danışması, bir qədər də sərt demiş olsaq, telefonla oynamasıdır. Bu qəbildən olan qayda pozuntuları nəticəsində Bakının kücə və prospektlərində zəncirvari qəzalar baş verir, ölüm və xəsarəalma halları olur, avtomobillərə zərər dəyir.
Həmin görüntülər məlum mərkəz tərəfindən qeydiyyata alınır və o ğörüntülər bir çox hallarda sosial mediada yayımlanır ki, bundan digər sürücülər nəticə çıxarsınlar! Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli deyir ki, bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsiz üzündən sükan arxasında mobil telefonla danışarkən yol- nəqliyyat hadisəsi qaçılmaz olur. Hansı ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefonla danışmaq qanun pozuntusudur.Buna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanunu pozan sürücü 50 manat civarında cərimə olunur! Təbii ki, belə qayda pozuntulara nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi küçə və prospektlərdə zəncirvari qəzalar yaradır.
Biz bu barədə sürücüləri və hərəkət iştirakçılarını mütamadi olaraq maarifləndirik ! Və bir daha sürücülərin diqqətinə çatdırırıq ki, sükan arxasında səhlənkarlıq eləməsinlər , sükan arxasında mobil telefonla danışmasınlar! Bu, baş verə biləcək yol- nəqliyyat hadisələrinin qarşısını ala bilər!!!
Emil FAİQOĞLU