Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Bu il qəbul edilən qərara əsasən, xaricdən alınan telefonlara tətbiq olunan gömrük rüsumunun aradan qaldırılması və hər kəsin ildə bir dəfə telefon gətirməsinə icazə verilməsi istehlak bazarında yeni dinamika yarada bilər. Xüsusilə bəzi ölkələrdə mobil telefonların daha ucuz olması həm şəxsi istifadə, həm də kiçik miqyaslı ticarət məqsədilə xaricdən telefon alanların sayını artıra bilər. Bu tendensiya bir tərəfdən istehlakçılar üçün daha sərfəli seçim imkanları yaratsa da, digər tərəfdən daxili bazarda satış həcminə və alıcılıq davranışına təsirsiz ötüşməyə bilər.
Bununla bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqalama verib.
O deyib ki, xaricdən ildə bir dəfə telefonun rüsumsuz gətirilməsinə icazə verilməsi istehlakçıların xərclərini azaldır və qiymət fərqlərindən yararlanmaq imkanını genişləndirir:
“Xüsusilə bəzi ölkələrdə smartfonların daha ucuz olması fonunda vətəndaşlar həm səyahət, həm də alış-veriş məqsədilə bu imkandan istifadə etməyə daha çox meyl göstərə bilər. Bu daxili bazarda rəsmi telefon satışlarına müəyyən qədər təzyiq yarada bilər. Yerli satıcılar qiymətləri yenidən gözdən keçirməyə, marjalarını azaltmağa və kampaniyalar təklif etməyə məcbur qala bilərlər. Bu isə istehlakçı üçün müsbət effekt yaratsa da, xüsusilə kiçik və orta biznes üçün gəlirlərin azalması riskini ortaya çıxarır. Bu qərarın daxili alıcılıq qabiliyyətini kəskin şəkildə zəiflətməsi ehtimalı məhduddur. Çünki söhbət kommersiya idxalından deyil, ildə yalnız bir ədəd şəxsi istifadə üçün gətirilən telefondan gedir. Yəni bu mexanizm kütləvi ticarət axını yaratmır, daha çox fərdi istehlakı əhatə edir. Bundan əlavə, hər kəsin xaricə səyahət etmək imkanı yoxdur və bu da təsirin miqyasını təbii şəkildə məhdudlaşdırır”.
Onun sözlərinə görə, bu addım daxili bazarda sağlam rəqabəti gücləndirə bilər:
“Rəsmi distribyutorlar və mağazalar qiymət siyasətini real bazar şərtlərinə uyğunlaşdırmağa, xidmət keyfiyyətini zəmanət, servis, hissə təminatı kimi üstünlükləri ön plana çıxarmağa məcbur olacaqlar. Bu isə bazarın daha şəffaf və istehlakçı yönümlü formalaşmasına gətirib çıxara bilər. Bu qərar daxili alıcılıq qabiliyyətini ciddi şəkildə azaltmaqdan daha çox, bazarda qiymətlərin yenidən formalaşmasına və rəqabətin artmasına səbəb ola bilər”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bununla bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqalama verib.