Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Cənubi Koreya hakimiyyəti universitetlərə qəbul imtahanı (Suneung) zamanı köçürmənin qarşısını almaq üçün ölkə üzrə milyonlarla mobil telefona yüksək səsli təcili xəbərdarlıq siqnalı göndərməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, gizli kamera və süni intellektdən istifadə edərək imtahanda demək olar ki, maksimum bal toplayan bir namizədin aşkar edilməsindən sonra belə bir tədbirin görülməsinə qərar verilib.
Məqsəd imtahan zalına gizlicə gətirilən telefonları səsli xəbərdarlıq vasitəsilə müəyyən etməkdir.
Bundan əlavə, bütün eynəklərdə gizli kameraların olub-olmaması da yoxlanılacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin