Telefonlardakı əlavə yeniləmələr nə üçündür? CAVAB

08.10.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bir çox smartfon təhlükəsizlik problemlərini aradan qaldırmaq üçün əsas sistem yeniləmələrindən əlavə, avtomatik və təcili yeniləmələr də qəbul edə bilir.

Redaktor.az xəbər verir ki, "Fox News"un məlumatına görə, bu yeniləmələr WebKit və digər sistem komponentlərindəki təhlükəsizlik boşluqlarını aradan qaldırır. Bəzi yeniləmələr avtomatik yüklənsə də, onların qüvvəyə minməsi üçün telefonu yenidən başlatmaq tələb oluna bilər.

"iPhone"da bu funksiya “Məxfilik və təhlükəsizlik” bölməsində yerləşir. “Arxa planda təhlükəsizlik təkmilləşdirmələri” seçimini aktivləşdirməklə təcili yeniləmələrin alınmasına imkan vermək mümkündür.

"Android" smartfonlarda isə bu yeniləmələri “Proqram təminatı yeniləmələri” bölməsindən yoxlamaq olar.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью