“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”

02.12.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Keçmiş futbolçu və Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Mesut Özil partiyanın Konqres Mərkəzində keçirilən “Kitabxana söhbətləri” layihəsinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Telefonundakı ən məşhur adla bağlı sualı cavablandıran Özil diqqətçəkən açıqlama verib.

“Telefonumda nömrəsi olan ən məşhur adam Prezidentimiz Rəcəb Tayyib Ərdoğandır. Çünki qalanı yalandır”, – deyə o söyləyib.

Özil futbol karyerasına yerindən başlamaq ehtimalını da istisna edib:

“Profesional həyata və futbola qayıtmaq kimi bir niyyətim yoxdur. İstanbulda qurduğum bir layihə var, inşaatına start verilib. Bir il sonra tamamlanacaq. Orada futbol akademiyası yaradacağam. Məqsədim 11–18 yaşlı gənclərə dəstək olmaq, onları dünya səhnəsinə çıxarmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью