Telefonun batareyasını yüz faizə qədər doldurmayın Ömrünü azaldır | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Telefonların batareyalarını 100%-ə qədər doldurmaq və tamamilə boşaltmaq əslində düzgün deyil.
Milli.Az- ın araşdırmasına görə, telefonun batareyasının uzun ömürlü olması üçün müəyyən şarj vərdişlərinə riayət etmək vacibdir.
İdeal doldurma səviyyəsi olaraq, batareyanın heç vaxt 20%-dən aşağı düşməməsi və 80%-dən çox doldurulmaması tövsiyə olunur.
Bu, telefonun batareyasının ömrünü uzatmağa kömək edir. "20-80" şarj taktikasının tətbiq edilməsi, optimal nəticələr verir.
Əlavə olaraq, istifadəçilərə batareyalarının vəziyyətini izləmək üçün xüsusi proqramlar quraşdırmaq tövsiyə edilir.
Bu proqramlar istifadəçini batareyanın vəziyyəti barədə xəbərdar edir və doldurma vərdişlərini optimallaşdırmağa kömək edir.
Lakin bu cür proqramlar yalnız Android cihazlarında mövcuddur. Bundan başqa, bəzi mütəxəssislər "50-70" şarj taktikasını təklif edir.
Tam oxu
Xəbəri oxu