Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Başqırdıstanda telefonun enerji yığma cihazı səbəbindən baş verən yanğın zamanı qadın tüstüdən zəhərlənib.
Redaktor.az xəbər verir ki, hadisə noyabrın 3-də Başqırdıstanın Çişmı qəsəbəsində, Kirov küçəsində yerləşən yaşayış binasının mənzillərindən birində baş verib.
Belə ki, mənzilin balkonundan tüstü çıxdığını görən qonşu dərhal təcili xidmətlərə məlumat verib. Hadisə yerinə gələn xilasedicilər binanın girişindən 16 nəfəri təxliyə ediblər.
Yanğının baş verdiyi mənzildə olan qadın yanma məhsullarından zəhərlənib. O, təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
İlkin ehtimala görə, yanğına telefonun enerji yığma cihazında yaranan texniki nasazlıq səbəb olub. Hadisə yerindən çəkilən görüntülərdə yanaraq sıradan çıxmış telefon və enerji yığma cihazı əks olunub.
Yanğının dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vətəndaşlara enerji yığan elektron cihazları nəzarətsiz qoymamağı, yalnız saz və orijinal enerji yığma cihazlarından istifadə etməyi tövsiyə ediblər.