Telefonun enerjisini 100% doldurmaq zərərlidir Necə olmalıdır? | Icma.az
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Smartfon və noutbukların enerjilərinin tez-tez 100%-ə qədər doldurulması onların akkumulyatorlarının aşınmasını sürətləndirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Cps-Ural” xidmət mərkəzinin mütəxəssisləri bildiriblər.
Qeyd olunub ki, müasir batareyalarda istifadə edilən litium-ion və litium-polimer batareyalar həddindən artıq yüklənmə səviyyəsinə həssasdır və düzgün işləməməsi onların istifadə müddətini qısalda bilər.Bəs elektron cihazlarımızın enerji doluluğu hansı səviyyədə olmalıdır?
Mütəxəssislər bildirirlər ki, batareyanın ən böyük aşınması 80-90%-dən yuxarı doldurarkən və 20%-dən aşağı boşaldıqda baş verir.
“Bu səviyyələr arasında daimi dalğalanmalar kimyəvi prosesləri sürətləndirir, batareyanın tutumunu azaldır.
Cihaz 100% doldurulduqda və şəbəkəyə qoşulduqda, batareya yüksək gərginlik altına düşür.
Bu, onun kimyəvi dayanıqlığını pisləşdirir və yükləmə-boşaltma dövrlərinin sayını azaldır.
Tam oxu
Xəbəri oxu