Telefonunuzda bu funksiyanı DƏRHAL DAYANDIRIN

22.05.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Apple-ın AirPlay sistemində ciddi təhlükəsizlik boşluqları aşkar edilib.

News24.az Daily Mail-ə istinadən xəbər verir ki, kibertəhlükəsizlik şirkəti Oligo Security tərəfindən “AirBorne” adı verilən bu zəifliklər eyni Wi-Fi şəbəkəsində olan hakerlərin AirPlay dəstəkləyən cihazlara müdaxilə etməsinə imkan yaradır.

Bu isə istifadəçilərin şəxsi məlumatlarının oğurlanması və cihazların sındırılması riskini artırır.

Apple 31 mart 2025-ci il tarixində iPhone, iPad, Mac və digər cihazlar üçün təhlükəsizlik yeniləməsi yayımlayaraq bu boşluqları aradan qaldırıb. Lakin üçüncü tərəf istehsalçılarının AirPlay dəstəkləyən cihazları hələ də risk altında ola bilər.

Mütəxəssislər istifadəçilərə cihazlarını güncəldə saxlamağı və ehtiyac olmadığı halda AirPlay funksiyasını deaktiv etməyi tövsiyə edir.(Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью